...

Azərbaycan Milli Ordusunun zabiti özünü güllələyib

Hadisə Materials 3 Mart 2008 11:24 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun zabiti özünü güllələyib

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Ağdam rayonundakı N saylı hərbi hissədə zabit martın 2-də özünü güllələyib. Bu barədə bazar ertəsi Trend a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, leytenant 1984-cü il təvəllüdlü Elman Kamandar oğlu Allahverdiyev şəxsi zəmnində özünü güllələyib. Leytenant hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Allahverdiyev Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti