...

Quba rayonunda iki qardaş çayda batıb

Hadisə Materials 27 İyun 2008 22:24 (UTC +04:00)

Azərbaycan, Xaçmaz. 27 iyun. / Trend , müxbir A.Qafarov/ Quba rayonunda bədbəxt hadisə baş verib. Rayonnun ərazisindən keçən Qucarçayın üstündəki bənddə çimərkən Mirzəməmməd kəndin iki sakini suda batıb. Trend in bölgə müxbirinin məlumatına görə, hadisə axşam saat 6 radələrində baş verib.

11-ci və 8-ci sinif şagirdləri Murad və Fuad Abbasovlar bəndin yanında çayda çimərkən suda batıblar. Abbasov Muradın cəsədi hadisə yerinin yaxınlığında aşkar edilib. Digər uşağın cəsədini axın Quba rayonunun Barlı kəndi tərəfə aparıb.

Hadisə yerində Quba rayon prokurorluğunun əməkdaşları işləyir. Araşdırma davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti