...

Azərbaycanda sərnişin avtobusu qəzaya uğrayıb

Hadisə Materials 17 İyul 2008 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Bu gecə Bakı-Astara yolunun 21-ci kilometrliyində Gəncəyə gedən sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər sərnişin xəsarət alıb.

Qaradağ rayon Polis İdarəsindən Trend-News-a bildirilib ki, dünən axşam saat 21.00 radələrində Gəncə istiqamətinə hərəkət edən Gəncə şəhər sakini Münasib İbrahimovun idarə etdiyi "Mersedes" markalı 20 CH502 dövlət nömrə nişanlı mikroavtobusun "Moskviç 412" markalı 10 CO182 nömrə nişanlı avtomobillə toqquşması nəticəsində avtobus aşıb.

Avtobusdakı sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri ilə Tibbi Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı Bakının Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263) maddəsi ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti