...

Azərbaycan paytaxtında firmaların birindən oğurluq edilib

Hadisə Materials 26 Avqust 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında yerləşən firmaların birindən küllü miqdarda pul oğurlanıb.

Səbail rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 23 - dən 24 -nə keçən gecə naməlum şəxs İçəri Şəhər küçəsi, ev 21 ünvanında yerləşən "Preseul" firmasının ofisindən 16 min manat (19700 ABŞ dolları) pul və üç ədəd kompüter oğurlayıb.

Polis bölməsindən bildiriblər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Səbail RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti