...

Bakı sakininin evi qarət edilib

Hadisə Materials 2 Sentyabr 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Kazımlı/ Bakı şəhər sakininin evi, xeyli miqdarda ziyan vurmaqla, qarət edilib. Xətai rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 31-də Xətai rayonunun Telnov küçəsi, ev 7, mənzil 59 ünvanda yaşayan Sevda Quliyevanın evindən 5 min manat pul və qızıl əşyaları oğurlanıb.

RPİ-dən bildiriblər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilmə (177.2.3-cü) və xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilmə (177.2.4-cü) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti