...

Azərbaycanda "Yeni kapital" qəzetinin baş redaktorunun meyiti aşkarlanıb

Hadisə Materials 18 Sentyabr 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir K.Zərbəliyeva/ Cümə axşamı Bakıda Azərbaycanın "Yeni kapital" ("Novıy kapital") qəzetinin baş redaktorunun meyiti aşkarlanıb.

Bakı şəhər Nəsimi rayon Polis Bölməsindən Trend -a verilən məlumata görə, 1957-ci il təvəllüdlü Malik Rəfiyevin meyiti dəmir yolu vağzalı yaxınlığında avtomobilin içində tapılıb. Avtomobildə həmçinin məktub da aşkar edilib. Məktuda Rəfiyev ölümünə görə heç kimi ittiham etməməyi xahiş edib.

Paytaxtın Nəsimi rayon Prokurorluğunda fakt üzrə ölüm həddinə çatdırma maddəsi (Azərbaycan CM-nin 125 maddəsi) üzrə cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlapqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti