...

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Hadisə Materials 1 Dekabr 2008 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend müxbir S. Kazımlı / Bakıda keçiriləcək Avropa Şurasına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsindən (DYPİ) bazar ertəsi Trend -a məlumat verilib.

DYPİ-dən bildiriblər ki, dekabrın 2-i və 3-də Bakıda Avropa Şurasına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin Konfrans iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azneft dairəsi, Park İNN, Hyatt Recense, Hyatt Park mehmanxanalarının, Neftçilər, İnşaatçılar, Hüseyn Cavid və Parlament prospektlərinin, Teleteatr, Gülüstan sarayı, Rəşid Behbudov, Niyazı və İstiqlaliyyət küçələrinin əhatə etdiyi dairə daxilində nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edərək alternativ yollardan istifadə edilməsi tövsiyə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti