...

Bakıda yaşayış binasında baş verən partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 13 Dekabr 2008 11:56 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb (ƏLAVƏ EDİLİB)

Azərbaycan, Bakı, 13 dekabr/ Trend , müxbir İ.Əlizadə, S.Kazımlı/ Bakıda yaşayış binasında baş verən partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb. "Bakı şəhərinin Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına iki yaralı - körpücük sümüyünün sınığı və kəllə-beyin travması ilə 23 yaşlı Mahmudova Oksana Aleksandrovna, ayaq sınığı və kəllə-beyin travması ilə 22 yaşlı Kərimov Şirxan Ataş oğlu çatdırılıb", - növbətçi həkim Sabit Qurbanov Trend -a bildirib.

5 saylı xəstəxanaya ağır yanıqlarla 68 yaşlı Qurbanova Növrəstə gətirilib.

Bakıda yaşayış binasında baş verən partlayış zamanı ən azı iki nəfər həlak olub, altı nəfər yaralanıb, paytaxtın Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri Trend -un hadisə yerində olan müxbirinə bildiriblər.

Şənbə günü səhər saat 8.30-da Nizami rayonunda bazarın qarşısında yerləşən binada partlayış baş verib. Nəticədə binanın bir bloku tamamilə dağılıb.

Müxbirin hadisə yerindən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir, xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər cəlb edilib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və "Azəriqaz" QSC-nin rəhbəri hadisə yerinə gəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti