...

Bakıda kişi qadını döyərək öldürüb

Hadisə Materials 15 Dekabr 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir S.Kazımlı/ Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib; kişi qadını döyərək öldürüb. Bu barədə Suraxanı rayon Prokurorluğundan bazar ertəsi Trend - a məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, dekabrın 14 - də saat 15:00 radələrində Gürcüstan Respublikasının vətəndaşı, 1962 - ci il təvəllüdlü Kərəm İlyas oğlu Mirzəyev sərxoş vəziyyətdə mübahisə zəminində Qum adasında yerləşən bağ evində yaşayan, əvvəllər məhkum olunmuş 40 yaşlı Nailə Əliyar qızı Babayevanı evinin yaxınlığında döyüb. Qadın aldığı çoxsaylı bədən xəsarətlərindən dünyasını dəyişib.

Suraxanı rayon Polis İdarəsi 30 - cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mirzəyev tutulub. Onun həmin ərazidə balıq ovu ilə məşğul olduğu bildirilir. Mirzəyev Babayevanın evinin yanında səs - küy saldığından, qadın ondan ərazini tərk etməyi tələb edib. Onların arasında mübahisə yaranıb və Mirzəyev Babayevanı döyərək öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğundan Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə (120.1- ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti