İranın Muğan məntəqəsində yerləşən Aslanduz şəhəri yaxınlığındakı Azərbaycan - İran sərhəddində hektarlarla meşə yanğına məruz qalıb.
İran xəbər agentliyinin məlumatına əsasən sərhəd məntəqəsində baş verən yanğın iki gündür davam edir və onun qarşısını almaq üçün lazımi tədbirlər gorulməmişdir.
Bu məntəqədə hava şəraitinin soyuqluğunu nəzərə alsaq, yanğının qəsdən törədilmə ehtimali var. Yanğının törətdiyi maddi ziyanlar çox böyükdür .