Azərbaycan, Bakı, 15 may / Trend , müxbir K.Zərbalıyeva /
Bakının Sabunçu rayonunda mənzildə partlayış olub.
Daxili İşlər Nazirlinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, dünən axşam saat 21.30 radələrində Sabunçu rayonu Maştağa qəsəbə sakini Məşədixanım Məlikovanın evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Partlayış zamanı dağıntı olmayıb.
Hadisə zamanı yanıq xəsarəti almış Məlikova və oğlu Rəşad xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılırş
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]