Azərbaycan, Lənkəran, 10 avqust / Trend , müxbir P.Əliyeva /
Respublikanın cənub regionlarında dünən başlayan külək və yağış bəzi rayonların elektrik enerjisi təchizatında və rabitədə bir sıra problemlər yaradıb.
Lənkəran şəhəri icra başçısının müavini Möhübbət Babayevin Trend -a verdiyi məlumata əsasən, hazırda şəhərin yaşayış binalarının 40%-də və kəndlərin 50%-də elektrik enerjisi təchizatı yoxdur. Qəzaların qarşısının alınması məqsədilə 6,4,9 və 5-ci xətlərdə elektrik enerjisi təchizatının məcburi dayandırılması həyata keçirilib. Bəzi yerlərdə yaşlı ağacların aşması nəticəsində elektrik ötürücü xətləri qırılıb.
Rayondan Trend -a verilən məlumata əsasən, yaşayış binalarının 30%-də elektrik enerjisi təchizatı yoxdur.
Hazırda qəza briqadaları təbiət hadisəsinin səbəb olduğu problemlərin aradan qaldırılması üzərində çalışır. Elektrik təsərrüfatına dəyən zərərin həcmi hesablanır.
Güclü yağışlar davam edir.