...

İranın Sistan və Bəluçistan əyalətində 22 Pakistan vətəndaşı həbs olunub

Hadisə Materials 27 Avqust 2009 17:34 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətinin Kənarək şəhərində 22 Pakistan vətəndaşı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlar qanunsuz şəkildə sərhədi keçərək İran ərazisinə daxil olmaqda ittiham olunurlar. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat yayır.

"Kənarək şəhər polis əməkdaşları Zərabad məntəqəsində şübhəli yük avtomobilini saxlayıblar. Şübhəli yük maşını polisin göstərişinə tabe olmayaraq qaçıb. Polis avtomobili təqib edərək saxlayıb və saxlanılmış yük maşınında 22 Pakistan vətəndaşının olduğu aşkar olunub", - Kənarək şəhər polis rəisi İsmayıl Vaizi bildirib.

Onun sözlərinə görə, saxlanılan Pakistan vətəndaşları sərhədi pozaraq qanunsuz şəkildə ölkəyə daxil olub və dilənçilik məqsədi ilə Hörmüzgan əyalətinə getmək istəyirmişlər.

Xəbər lenti

Xəbər lenti