Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Red.ilk üç abzas əlavə olunub.
Bakı Dəmiryolu Vağzalına bomba qoyulması barədə məlumat təsdiqlənməyib. Polis tərəfindən keçirilən tədbirlər nəticəsində partlayıcı qurğu aşkar edilməyib.
"Vağzalda vəziyyət tədricən stabilləşir", - Trend -a Azərbaycan Dəmiryolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib.
Trend -un hadisə yerində olan müxbirinin məlumatına əsasən, şənbə günü səhər saat 8-də polisə Dəmiryolu Vağzalının binasına bomba qoyulması barədə anonim zəng daxil olub. Zəng edən şəxs bildirib ki, partlayıcı qurğu dəmiryolu kassaları yerləşən hissədə qoyulub.
Hazırda anonim zəng edən şəxsin aşkar edilməsi istiqamətində operativ axtarış tədbirləri davam etdirilir.
Bina mühasirəyə alınmış, işçilər evakuasiya edilmişdir. Operativ axtarış tədbirləri xüsusi təlim keçmiş itlərin köməyi ilə həyata keçirilib.