Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan paytaxtında daha bir bomba həyəcanı yaşanıb.
Səbayıl Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, metronun "Sahil" stansiyasının arxasındakı binalardan birinə bomba qoyulması ilə bağlı anonim zəng daxil olub.
Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə təcili tədbirlərə başlayıb, ətraf binalardakı insanlar evakuasiya olunub. Lakin axtarışlar zamanı hər hansı bir partlayıcı qurğu tapılmayıb.
Anonim zəngin kim tərəfindən edildiyi müəyyənləşdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]