İranın Xorasan Rəzəvi əyalətinin fövqəladə hallar təşkilatının rəhbəri Cavad Ürfaniyan bildirib ki, sentyabrın 20-də axşam saat 19:00 radələrində Məşhəd və ətraf şəhərlərdə başlayan güclü yağış və daşqınlar nəticəsində 6 nəfər həlak olub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.
Ürfaniyan əlavə edib ki, sel və daşqınlar həmin vilayətdə yol təsərrüfatına, əkin sahələrinə və evlərə ciddi ziyan vurub. Xilasetmə işləri hələ də davam etdirilir. Dəymiş ziyan və xəsarət alanlar haqda hələ ki, dəqiq məlumat yoxdur.