...

Azərbaycanın Ağdaş rayonundakı cinayətin istintaqını Baş Prokurorluq aparacaq (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Oktyabr 2009 12:19 (UTC +04:00)
Oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin axtarışda olan üzvü Ağdaş rayon sakini Hüseynov Ruzman Şamil oğlunun həbsi məqsədilə keçirilən əməliyyat zamanı o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silalhlı müqavimət göstərib.
Azərbaycanın Ağdaş rayonundakı cinayətin istintaqını Baş Prokurorluq aparacaq (ƏLAVƏ OLUNUB)

Red əlavəsi: Sonuncu abzasa cinayət işinin istintaqı ilə bağlı olunub.

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanın Ağdaş rayonunda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin axtarışda olan üzvü Ağdaş rayon sakini Hüseynov Ruzman Şamil oğlunun həbsi məqsədilə keçirilən əməliyyat  zamanı o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silalhlı müqavimət göstərib.

Ağdaş rayon prokuroru Munis Abuzərli bazar ertəsi Trend -a bildirib ki, Hüseynovu həbs etmək istəyərkən o, polis əməkdaşlarına avtomat silahdan atəş açıb.

Hadisə yerindən qaçan Hüseynov rayonun Kotalan kəndinin keçmiş icra nümayəndəsi Peysəlov Baxşəli Siyasət oğlunu avtomat silahdan atəş açaraq qətlə yetirib, Əhmədov Famil Qurban oğlunu isə yaralayıb.

Hazırda Hüseynovun axtarışı üçün rayonda və ətarf rayonlarda əməliyyat-axtarış tədbirləri həyata keçirilir, əlavə postlar yaradılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.3, 120.2.4, 120.2.7,), qəsdən adamöldürməyə cəhd (29, 120.2) və qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

Hüseynovun barəsində oğurluq maddəsi ilə başlanmış cinayət işinin istintaqını isə Daxili İşlər Nazirliyi aparır.

Ağdaş rayon Prokurorluğundan Trend -a bildirilib ki, faktla bağlı başlanmış cinayət işi araşdırılmaq üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti