...

Azərbaycanın Zərdab rayonunda yağış sularından evlər dağılıb

Hadisə Materials 15 Fevral 2010 13:39 (UTC +04:00)
Dağıntı zamanı xəsarət alan olmayıb.
Azərbaycanın Zərdab rayonunda yağış sularından evlər dağılıb

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Zərdab rayonunda (paytaxt Bakıdan təxminən 250 kilometr aralı) iki ev dağılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Zərdab rayonu ərazisində yağmış qar və güclü yağış, habelə qrunt sularının həyətlərə dolmasından fevralın 14-də Zərdab rayonunda, rayon sakini İslam İbrahimova məxsus 1 mərtəbəli 5 otaqlı evin 2 otağı, Çallı kəndində isə kənd sakini Ağaisa Məmmədova məxsus 1 mərtəbəli 3 otaqlı evin 1 otağı dağılıb.

Dağıntı zamanı xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti