...

Bakıda maskalı şəxslər məktəbə hücum ediblər

Hadisə Materials 1 Aprel 2010 17:49 (UTC +04:00)
Maskalı şəxslər ötən gecə Azərbaycan paytaxtının Nizami rayonunda yerləşən 12 saylı orta məktəbə hücum ediblər.
Bakıda maskalı şəxslər məktəbə hücum ediblər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Maskalı şəxslər ötən gecə Azərbaycan paytaxtının Nizami rayonunda yerləşən 12 saylı orta məktəbə hücum ediblər. Cinayətkarlar mühafizəçi Famil Tağıyevi döyüb, əl-qolunu bağlayaraq bir faks aparatı, proyektor və noutbuk aparıblar. Bu barədə Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə bildirib. Onun sözlərinə görə, cinayətkarlar məktəbin birinci mərtəbəsində yerləşən kompüter otağının qapısını sındıra bilməyiblər.

Mühafizəçi Famil Tağıyev cinayətkarlar getdikdən sonra əllərini açıb və məktəb direktoru Əli Əliyevə zəng edib.

Hadisə yerində cinayətkarlara məxsus olduğu ehtimal olunan maska və alışqan tapılıb.

Faktla bağlı Nizami rayon polisi tərəfindən istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti