...

Bakıda saxta əsginazlar hazırlayan keçmiş məhkumlar saxlanılıb

Hadisə Materials 19 Yanvar 2011 10:41 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Bakı şəhər sakinləri Vüqar Xəlilovdan 21 ədəd 5 manatlıq və 8 ədəd 10 manatlıq saxta əsginazlar götürüblər.
Bakıda saxta əsginazlar hazırlayan keçmiş məhkumlar saxlanılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda saxta əsginazlar hazırlayan keçmiş məhkumlar saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Bakı şəhər sakinləri Vüqar Xəlilovdan 21 ədəd 5 manatlıq və 8 ədəd 10 manatlıq saxta əsginazlar götürüblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla birlikdə saxta əsginazları hazırlayan əvvəllər məhkum olunmuşlar  - Vaqif Rəhimzadə və Elməddin İmamzadə tutulub.

Onlardan isə 1 ədəd rəngli surətçıxaran və qalaqram vurmaq üçün rəngli qələm götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti