...

Azərbaycanda məhkum intihar edib

Hadisə Materials 4 İyul 2011 10:40 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində 37 yaşlı Rövşən Əsədullayev müəssisənin hamamında özünü asıb.
Azərbaycanda məhkum intihar edib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda cəzaçəkmə müəssisəsində intihar olub.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində 37 yaşlı Rövşən Əsədullayev müəssisənin hamamında özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məhkumun intiharının səbəbi məlum deyil.

Əsədullayev həyat yoldaşını öldürməkdə, qayınanasına xəsarət yetirməkdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti