...

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 6 İyul 2011 12:19 (UTC +04:00)
"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, hərəkat Azərbaycanın nəqliyyat təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb. Məlumatı "Fars" agentliyi yayıb.
Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:45-də yayımlanıb)

"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, hərəkat Azərbaycanın nəqliyyat təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb. Məlumatı "Fars" agentliyi yayıb.

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 ekipaj üzvü olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mülki Aviasiya Administrasiyası məlumat verib.

Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirən təcrübəli pilotdur.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov təyyarənin göyərtəsində 9 nəfərin olması faktını Trend-ə təsdiqləyib. Lakib o, hələlik onların taleyi ilə bağlı məlumatlı olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti