...

Bakıda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 11 İyul 2011 13:21 (UTC +04:00)
Nəticədə xəsarət almış Rəsulov və sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova xəstəxanaya yerləşdiriliblər. İdrisova orada ölüb.
Bakıda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da saat 19:27 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Bakı şəhər sakinləri İsmayıl İsmayılovun idarə etdiyi "Range-Rover" markalı və Məcid Rəsulovun idarə etdiyi "Nissan Qaşqay" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Rəsulov və sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova xəstəxanaya yerləşdiriliblər. İdrisova orada ölüb.

Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti