...

Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub (YENİLƏNİB)

Hadisə Materials 14 İyul 2011 14:00 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzində silahlı basqın olub.
Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub (YENİLƏNİB)

Qaradağ rayon prokurorluğunun məlumatı 3-cü abzasdan sonra əlavə olunub. İlk xəbər saat saat 10:50-də yayılıb.

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzində silahlı basqın olub.

Trend-in Qaradağ rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər öldürülüb, külli miqdarda pul oğurlanıb.

Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək məntəqənin işçisini qətlə yetiriblər və oradan külli miqdarda pul götürərək hadisə yerindən qaçıblar.

Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin əməliyyat qrupu araşdırma aparır.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə nəticəsində öldürülən 1985-ci il təvəllüdlü Naxçıvan MR-in Sədərək rayon sakini Əli Əliyevdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Cinayəti törədən şəxslərin şəxsiyyəti hələlk müəyyənləşdirilməyib.

Onların müəyyənləşdirilib tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti