Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Hacıyev/
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
İyulun 16-na keçən gecə M.Fətəliyev küçəsində yaşayanlar Vasif Məmmədova məxsus "VAZ-2106" və Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomobilləri evlərinin qarşısından qaçıran Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Murad Quliyev, Kamran Əhmədov, Çingiz Ağazadə və Rəşad Cəlilov iyulun 17-də Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, Quliyev və Cəlilov iyulun 7-nə keçən gecə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Hatəm Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomaşını da yaşadığı evin qarşısından qaçırıblar.
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.