...

Hacıqabulda ağır yol qəzası olub: 1 nəfər ölüb, 4-ü xəsarət alıb

Hadisə Materials 18 İyul 2011 14:29 (UTC +04:00)
Hacıqabulda ağır yol qəzası olub.
Hacıqabulda ağır yol qəzası olub: 1 nəfər ölüb, 4-ü xəsarət alıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Hacıqabulda ağır yol qəzası olub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 17-də saat 07:30 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Beyləqan rayon sakini Əli Hüseynovun idarə etdiyi "Mercedes" markalı və Türkiyə vətəndaşı Əli Mehmetin idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşub.

Nəticədə Hüseynovun sərnişini, həmyerlisi Asif Hüseynov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri - həmyerliləri Xaləddin Hüseynov, Rəşad Hüseynov və Azər Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti