...

Daxili Qoşunların hospitalının həkimi dərman zəhərlənməsindən ölüb

Hadisə Materials 20 İyul 2011 16:37 (UTC +04:00)
Rəhimova dərman zəhərlənməsindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib.
Daxili Qoşunların hospitalının həkimi dərman zəhərlənməsindən ölüb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Daxili Qoşunların hospitalının həkimi dərman zəhərlənməsindən ölüb.

Etibarlı mənbədən çərşənbə günü Trend-ə verilən məlumata görə, hospitalın ruhi-əsəb xəstəlikləri şöbəsinin həkim-psixiatoru, leytenant 30 yaşlı Lalə Rəhimova dünən gecə saatlarında yaşadığı Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 5, mənzil 17-də intihar məqsədilə dərman qəbul edib.

Rəhimova dərman zəhərlənməsindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə Rəhimovanın ölməsi ilə bağlı məlumatı təsdiqləyiblər. Ancaq hansı səbəbdən öldüyü barədə məlumat verilməyib.

Binəqədi rayon prokurorluğundan isə Trend-ə bildirilib ki, Rəhimova dərman zəhərlənməsindən dünyasını dəyişib. Prokurorluqdan hadisənin intihar olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti