...

Azərbaycanın hərbi hissələrindən birində iki hərbiçi ölüb

Hadisə Materials 28 İyul 2011 15:06 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsində iki ölüm hadisəsi qeydə alınıb.
Azərbaycanın hərbi hissələrindən birində iki hərbiçi ölüb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsində iki ölüm hadisəsi qeydə alınıb.

Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, hərbi hissənin mayoru, 35 yaşlı İbrahimov Aftandil Ağamalı oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə xidmət yerinə gedərkən yol qəzasına düşüb.

Lənkəran sakini olan İbrahimov aldığı xəsarətdən hadisə yerində həlak olub.

Həmin hərbi hissənin əsgəri Hüseynli Sakit Aslan oğlu isə xidməti silahı ilə özünü vuraraq intihar edib.

1993-cü il təvəllüdlü, Lənkəran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseynli aldığı xəsarətdən dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə hər iki faktı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti