...

Bakıda mənzildən oğurluq edən şəxs tutulub

Hadisə Materials 7 Sentyabr 2011 11:12 (UTC +04:00)
Bakıda mənzildən qiymətli əşyalar oğurlayan şəxs tutulub.
Bakıda mənzildən oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildən qiymətli əşyalar oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 22-nə keçən gecə Şüvəlan qəsəbə sakini Zaur Məmmədovun evindən pəncərədən keçmə yolu ilə 8 ədəd dekorativ xəncər, 12 ədəd rəsm əsəri, 1 ədəd kukla, durbin, gümüş əşyalar, vaza və gödəkçə oğurlanmışdı.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Şabanov sentyabrın 6-da saxlanılıb.

Xəbər lenti

Xəbər lenti