...

Gədəbəydə yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb

Hadisə Materials 5 Oktyabr 2011 17:30 (UTC +04:00)
Gədəbəydə yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb.
Gədəbəydə yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gədəbəydə yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasında 2-ci mərtəbənin pilləkən qəfəsində Gədəbəy rayon Qaz İstismar İdarəsinin işçiləri tərəfindən qaz sayğacı quraşdırılarkən partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı həmin ərazidə olan Qaz İstismar İdarəsinin 5 əməkdaşı və 2 nəfər sakin yanıq xəsarətləri alıb, həmçinin, binanın həmin giriş hissəsinin və bəzi mənzillərin pəncərə şüşələri qırılıb.

Yaralılar xəstəxanaya aparılıb.

Partlayışın başvermə səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti