...

Xızıda təbii qazın sızmasından partlayış baş verib

Hadisə Materials 16 Noyabr 2011 13:44 (UTC +04:00)
Xızıda təbii qazın sızmasından partlayış baş verib
Xızıda təbii qazın sızmasından partlayış baş verib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Xızıda təbii qazın sızmasından partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, noyabrın 15-də saat 06.35 radələrində Xızı rayonunun Türkoba kəndində, kənd sakini Nəcib Kazımova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları yanmış, yanıq xəsarətləri alıb ev sahibi, arvadı Bəxtli və iki azyaşlı qızları xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti