Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 21 yaşlı gənc bıçaqlanıb.
Nizami rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Rüstəm Rüstəmov küçəsi, 27-də 1990-cı il təvəllüdlü Vurğun Cəbrayılov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Çoxsaylı bıçaq xəsarətləri alan Cəbrayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Faktla bağlı Nizami rayon prokuroluğunda Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zəzər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda 21 yaşlı gənc bıçaqlanıb
Nizami rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Rüstəm Rüstəmov küçəsi, 27-də 1990-cı il təvəllüdlü Vurğun Cəbrayılov naməlum şəxs tərəfindən bıçaqlanıb.
