...

İstanbulda yoldan keçənlərə atəş açan silahlı şəxsin saxlanılması barədə məlumat təsdiqlənməyib

Hadisə Materials 30 Noyabr 2011 13:24 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda yoldan keçənlərə atəş açan silahlı şəxsin saxlanması barədə məlumatı təkzib edib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.
İstanbulda yoldan keçənlərə atəş açan silahlı şəxsin saxlanılması barədə məlumat təsdiqlənməyib

Azərbaycan, Bakı, 30 noyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda yoldan keçənlərə atəş açan silahlı şəxsin saxlanması barədə məlumatı təkzib edib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

Bundan əvvəl İstanbulda yoldan keçənlərə atəş açan silahlı şəxsin gizlənməyə çalışdığı "Topqapı" muzeyində saxlanıldığı xəbər verilmişdi.

Bu arada, CNN Turk telekanalı həmin cinayətkarın fotoşəklini nümayiş etdirib.

Bu gün İstanbulun mərkəzində naməlum silahlı yoldan keçənlərə atəş açıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Türiyə KİV-inin versiyasına görə, cinayətkar adamlara atəş açarkən "Allahu Əkbər" qışqırırmış.

Telekanalın məlumatına görə, hadisənin baş verdiyi rayonda atışma davam edir. Cinayətkarın cinayət yoldaşlarının olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti