...

Bakıda avtomobil alışaraq yanıb

Hadisə Materials 8 Dekabr 2011 12:09 (UTC +04:00)
Bu gün saat 11:40 radələrində Bakının İzmir küçəsində, "Hyatt Regency" hotelinin qarşısında "Lexus" markalı avtomobil alışaraq yanıb.
Bakıda avtomobil alışaraq yanıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün saat 11:40 radələrində Bakının İzmir küçəsində, "Hyatt Regency" hotelinin qarşısında "Lexus" markalı avtomobil alışaraq yanıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Sürücü yanan avtomobili vaxtında tərk etməyə müyəssər olub.

Avtomobildə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Məlumata görə, yanan maşın rəqqasə Fatimənin avtomobili olub.

Xəbər lenti

Xəbər lenti