...

Qazaxıstanda iğtişaşlar davam edir, ölən və yaralananların sayı artır

Hadisə Materials 18 Dekabr 2011 11:35 (UTC +04:00)
Qazaxıstanda iğtişaşlar davam edir, ölən və yaralananların sayı artır
Qazaxıstanda iğtişaşlar davam edir, ölən və yaralananların sayı artır

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/

Qazaxıstanda iğtişaşlar davam edir. 50 nəfərə yaxın şəxs Qazaxıstanın Şetpe qəsəbəsində dəmir yolunu bağlayaraq sərnişin və yük qatarlarının hərəkatını dayandırıb, yük qatarlarının lokomotivini yandırıblar. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Baş prokurorluğu məlumat verib.

Məlumatda qeyd olunur ki, sərnişin qatarında 300-ə yaxın insan olub. Hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Dəmir yolunda hərəkəti bərpa etmək istəyən polis ilə iğtişaşçılar arasında qarşıdurma baş verib. Polis silahdan istifadə etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti