Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/
Kürdəmir-Hacıqabul yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, çərşənbə günü saat 15:00 radələrində Kürdəmir-Hacıqabul yolunda üç avtomobilin toqquşması ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı VAZ 2106 markalı maşın avtomobil daşıyan yük maşını ilə toqquşaraq digər QAZ 31105 markalı avtomobilə çırpılıb.
Trend-in əməkdaşının məlumatına görə, qəza nəticəsində azı iki nəfər həlak olub, yaralananlar var.
Hadisə səbəbindən avtomobil yolunda 30-40 dəqiqəyə qədər hərəkət məhdudlaşıb.