Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölənlər var.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 9-u saat 18:20 radələrində Salyan yolunda Bakı şəhər sakini Həbib Nəbiyev idarə etdiyi 207 saylı marşurut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla, Ağsu rayon sakini Pərviz Veysəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.
Baş vermiş qəza nəticəsində sürücü Veysəlov və sərnişini Badamdar qəsəbə sakini Süleyman Cavadov hadisə yerində ölüb.