Azərbaycan, Bakı, 14 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Göyçay rayon sakini odlu silahla özünü vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 13-də Göyçay rayonunun Bığır kəndi ərazisindən kənd sakini Rəvan Bəlalıyev odlu silah xəsarəti ilə xəstəxanaya gətirilib.
Araşdırmalar zamanı Bəlalıyevin qoyun otaran zaman ehtiyatsızlığı nəticəsində özünə məxsus "TOZ-25" markalı ov tüfəngdən açdığı atəşdən xəsarət alması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Göyçay rayon sakini odlu silahla özünü vurub
Göyçay rayon sakini odlu silahla özünü vurub/