Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alan var.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Tbilisi prospektində "Hyundai" markalı avtomobillə "VAZ 2104" markalı avtomobillər toqquşub.
Nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.