Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir A.Tağıyeva/
Türkiyənin paytaxtı Ankarada çərşənbə günü Van şəhərindən İstanbula gedən avtobus aşıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində dörd sərnişin həlak olub, 27 nəfər yaralanıb.
Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.