...

İran paytaxtında Saderat Bankının filalına silahlı basqın olub

Hadisə Materials 17 Mart 2012 12:41 (UTC +04:00)
Bu gün səhər İranın paytaxtı Tehranda ölkənin ən böyük banklarından olan Saderat Bankının Vila filialına silahlı basqın olub.
İran paytaxtında Saderat Bankının filalına silahlı basqın olub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın paytaxtı Tehranda ölkənin ən böyük banklarından olan Saderat Bankının Vila filialına silahlı basqın olub. Oğrular külli miqdarda pulu oğurlayaraq hadisə yerindən qaça biliblər. Bu barədə Trend şənbə günü "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 08:45-də baş verib. İki maskalı naməlum şəxs bank işçilərini silahla hədələyərək bankda olan bütün vəsaiti götürərək hadisə yerindən qaçıb.

Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Oğruların axtarışı istiqamətində işlər görülür.

Xəbər lenti

Xəbər lenti