Azərbaycan, Bakı, 23 mart /Trend/
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çaya düşmüş şəxsin axtarışına başlanıb.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, FHN-in "112" qaynar telefon xəttinə saat 09:29-da daxil olmuş məlumata əsasən, 1972-ci il təvəllüdlü Aslanov Zahid Ədil oğlu Araz çayının İmişli rayonu, Yuxarı Qaralar kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıq nəticəsində yıxılaraq çaya düşüb.
Dalğıc-xilasedicilər Aslanovun axtarışına başlayıblar.