...

Neftçalada "KamAZ" sürücüsünü elektrik cərəyanı vurub

Hadisə Materials 27 Mart 2012 13:16 (UTC +04:00)
Naqillərin avtomaşının üstünə düşməsi nəticəsində təkərləri yanıb, sürücü ölüb.
Neftçalada "KamAZ" sürücüsünü elektrik cərəyanı vurub

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/

Neftçalada "KamAZ" sürücüsünü elektrik cərəyanı vurub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 26-da Neftçala rayonunun Abbasallı kəndi ərazisində Ağdam rayon sakini Coşqun Rüstəmov "KamAZ" markalı avtomaşından yük boşaldarkən həmin ərazidən keçən elektrik naqilini qırıb.

Naqillərin avtomaşının üstünə düşməsi nəticəsində təkərləri yanıb, sürücü ölüb.

Xəbər lenti

Xəbər lenti