Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Türkiyə vətəndaşının ölümü ilə nəticələnən yol qəzasını törətmiş şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Türkiyə vətəndaşı Çeyik Alirzanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-21074" markalı avtomaşının sürücüsü - Şirvan şəhər sakini Eldar Dərgahov tutulub.