...

Azərbaycanda üç ovçu qar uçqununa düşüb, onların axtarışları davam etdirilir

Hadisə Materials 5 Aprel 2012 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda 3 ovçu qar uçqununa düşüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar.

İtkin düşmüş şəxslərin axtarışları bu gün də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti