...

Türkiyə-Suriya sərhədindəki atışmada Türkiyə vətəndaşı yaralanıb

Hadisə Materials 9 Aprel 2012 14:55 (UTC +04:00)
Suriya təhlükəsizlik qüvvələri ilə Türkiyəyə qaçmaq istəyən müxalifətçilər arasında baş verən atışma nəticəsində, ilkin məlumatlara görə, iki Suriya vətəndaşı öldürülüb, 11 nəfər yaralanıb.
Türkiyə-Suriya sərhədindəki atışmada Türkiyə vətəndaşı yaralanıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyə-Suriya sərhədində Suriya təhlükəsizlik qüvvələri ilə Türkiyəyə qaçmaq istəyən müxalifətçilər arasında baş verən atışma nəticəsində, ilkin məlumatlara görə, iki Suriya vətəndaşı öldürülüb, 11 nəfər yaralanıb. Bu barədə Trend bazar ertəsi Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Yaralananlardan biri suriyalı qaçqınların yerləşdirildikləri düşərgələrdə tərcüməçi işləyən Türkiyə vətəndaşıdır.

Sərhəddə Suriya ordusu ilə müxalifət arasında atışma yerli vaxtla səhər saat 04:00-dan etibarən davam edir. Türkiyə Xarici İşlər Nazirliyi Suriya tərəfini atəşi dayandırmağa çağırıb.

Son məlumatlara görə, Türkiyə ərazisindəki suriyalı qaçqınların sayı 24 min nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti