...

Azərbaycan Ordusunda silahlı insident: 2 ölü, 2 yaralı

Hadisə Materials 17 Aprel 2012 16:19 (UTC +04:00)
Azərbaycan Ordusunun N saylı hərbi hissəsində silahlı insident olub.
Azərbaycan Ordusunda silahlı insident: 2 ölü, 2 yaralı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun N saylı hərbi hissəsində silahlı insident olub.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Göygöldəki N saylı hərbi hissəsində xidmət edən əsgər Vüqar Məmmədov avtomat silahdan atəş açaraq əsgər yoldaşlarından ikisini öldürüb, ikisini isə yaralayıb.

Məmmədov Ağdaş rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti