...

Ukraynanın Dnepropetrovsk şəhərinin mərkəzində ardıcıl 10-dək partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 27 Aprel 2012 17:25 (UTC +04:00)
Ukraynanın Dnepropetrovsk şəhərinin mərkəzində ardıcıl olaraq baş vermiş 10-dək partlayış nəticəsində ən azı 27 nəfər yaralanıb.
Ukraynanın Dnepropetrovsk şəhərinin mərkəzində ardıcıl 10-dək partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Ukraynanın Dnepropetrovsk şəhərinin mərkəzində ardıcıl olaraq baş vermiş 10-dək partlayış nəticəsində ən azı 27 nəfər yaralanıb. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, yaralıların 9-u uşaqdır. Bəzi mənbələr ölənlərin olduğunu da bildirir, lakin bu, hələ rəsmi təsdiqini tapmayıb.

Baş verənlərə prezident Viktor Yanukoviç münasibət bildirib. O, məsələnin araşdırılmasına ən yaxşı xəfiyyənin cəlb olunacağını bildirib.

"Bu, ölkəyə meydan oxumaq cəhdidir. Onlara layiqli cavab verəcəyik", - o deyib.

Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko təcili olaraq Dnepropetrovska gedib. "İnterfaks-Ukraina" xəbər verir ki, xəsarət alanların 25-si xəstəxanaya yerləşdirilib, yaralıların birinin qolu amputasiya olunub.

"Komsomolskaya pravda v Ukraine" isə xəbər verir ki, yarım saat ərzində bir-birinin ardınca 9 partlayış olub və əksəriyyəti zibil qutularına yerləşdirilmiş partlayıcılar vasitəsilə törədilib.

Polis demək olar ki, bütün şəhər ərazisində zibil qutularını təhlükəsiz yerə daşıyır və yoxlayır. Bütün metrostansiyalarda sərnişinlər diqqətli olmağa çağırılır. Şəhərdə mobil rabitə kəsilib.

Xəbər lenti

Xəbər lenti