...

FHN özünü Kür çayına atan şəxsin axtarışına başlayıb

Hadisə Materials 29 Aprel 2012 13:40 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri özünü Kür çayına atan şəxsin axtarışına başlayıb.
FHN özünü Kür çayına atan şəxsin axtarışına başlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri özünü Kür çayına atan şəxsin axtarışına başlayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, aprelin 28-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1995-ci il təvəllüdlü Quluzadə Rafiq Malik oğlu Kür çayının Şirvan şəhərindən keçən hissəsində intihar məqsədilə özünü çaya atıb.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur və axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti