...

Bakıda piyada keçidindəki bağlamada təhlükəli əşya tapılmayıb

Hadisə Materials 3 May 2012 09:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda piyada keçidindəki bağlamada təhlükəli əşya tapılmayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki piyada keçidində şübhəli əşyanın olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri digər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, bundan sonra şübhə yaradan torbaya baxış keçirilib, təhlükəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti